|
14.08.11 07:45 |
|
“Microsoft” hesab edir ki, gələcəkdə kompyuterlər insani keyfiyyətlər əldə edəcəklər və onlarla işləmək üçün xüsusi bacarıq tələb olunmayacaq. Bu barədə şirkətin tədqiqat və strategiya üzrə baş vitse-prezidenti Kreyq Mandi 23 may tarixində İqtisadiyyat üzrə ali məktəbdə çıxışı zamanı bildirib.
|
|
27.05.11 19:43 |
|
Россия, Новосибирск
Уважаемые коллеги!
В настоящее время все научные направления развиваются достаточно динамично. Публикация результатов исследований является чрезвычайно ответственным и важным шагом для ученого. Появляется множество новых оригинальных идей, теорий, заслуживающих самого пристального внимания научной общественности. Кроме того, наличие определенного количества публикаций является обязательным условием при защите диссертационных работ.
Приглашаем Вас принять участие в международной научно-практической конференции ученых, аспирантов и студентов, проводимой Центром развития Научного сотрудничества:
|
|
|
27.05.11 19:35 |
|
26-30 sentyabr 2011-ci il tarixlərdə Yalta (Ukrayna) şəhərində “İnformatika və modelləşdirmə problemləri” mövzusunda XI Beynəlxalq konfrans keçiriləcək. Tədbirin təşkilatçıları Ukrayna Milli Elmlər Akademiyası, Ukrayna Elm, Təhsil, Gənclər və İdman Nazirliyi, Xarkov Politexnik İnstitutu və Krım Humanitar Universitetidir.
|
|
24.05.11 08:46 |
|

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb. Sənəddə qeyd olunur ki, Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib və bu sahədə mühüm tədbirlər görülüb. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşıb.
|
|
20.05.11 19:51 |
Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq əmr imzalayıb. Əmrdə qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tərəfindən 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili və təhsil müəssisələrində imtahan qərargahının yaradılması təmin edilsin. Həmçinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin
|
|
20.05.11 19:38 |
|
Azərbaycanda informatikanın 50 illiyinə həsr olunmuş “Azərbaycanda informatikanın təşəkkülü” kitabı işıq üzü görüb. Layihənin rəhbəri akademik
Əli Abbasov, elmi redaktoru isə akademik Telman Əliyevdir.
|
|
17.05.11 06:09 |
|

2011-ci ilin devizi: “Kənd yerlərində İKT ilə həyat daha yaxşıdır”
İnformasiya-kommunikasiya texnologiyaları (İKT) dünyanın ünsiyyət vasitələrini daim dəyişərək uzunmüddətli davamlı inkişaf yolu ilə həyatın, xüsusən də cəmiyyətin daha aztəminatlı təbəqələrinin yaşayışlarının yaxşılaşdırılması üçün yeni imkanlar yaradır.
Bu il biz, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaranmasının 146-cı ildönümünü qeyd edir və İKT üstünlüklərinin daha ucqar rayonlara çatdırılmasına çalışaraq diqqətimizi bütün dünyanın kənd cəmiyyətlərinə yönəldirik.
|
|
17.05.11 06:06 |
|

İnformasiya və kommunikasiya texnologiyaları qlobal dünyamızı kökündən dəyişdirmişdir. İKT dünya iqtisadiyyatına güc verir, insanlara məsafə və mədəni fərqlərə baxmayaraq ünsiyyət saxlamağa kömək etməklə, ticarət və kommersiyanın inkişafına imkan yaratmaqla, səhiyyə və təhsil kimi mühüm xidmətləri göstərməklə, müasir cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilmişdir.
Dünyada, xüsusilə də Şimali Afrika və Yaxın Şərqdə baş verən son hadisələr də mobil telefonların və sosial kütləvi informasiya vasitələrinin ictimai fikrin zülmə qarşı çıxmasında böyük rol oynadıqlarını göstərdi. Son zamanlar təbii fəlakətlərin daha tez və güclü zərbəsindən sonra biz görürük ki, bu texnologiyalar həyatları xilas etmək, ailələri birləşdirmək və ehtiyacı olanlara fövqəladə yardım göstərmək üçün əlaqə qurmaqda böyük rol oynayır.
|
|
|
|
|
<< Başlamaq < Əvvəlki 1 2 3 4 Növbəti > Axırıncı >>
|